Ərdoğanın çıxışındakı şifrələr – Türkiyə Ukrayna savaşının qəlpələrindən özünü qoruyur

01.03.2022 - 22:37

Türkiyə dövləti Bosfor boğazını hərbi gəmilərin keçidi üçün bağlayıb. Xarici içlər naziri Mövlud Çavuşoğlu deyib ki, artıq rəsmi Ankara bütün sahilyanı və olmayan ölkələrə Qara dənizdən münaqişə mühitində döyüş gəmilərinin keçməməsinə dair xəbərdarlıq olunub. O, həmçinin indiyədək belə bir keçidin olmadığını, Montrö müddəalarının tətbiq edildiyini vurğulayıb.

Fevralın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlama verərək Ukrayna müharibəsinə münasibətini bildirib. Ərdoğan deyib ki, Ankara iki ölkə arasında sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüsləri davam etdirib və bundan sonra da davam etdirəcək.

Sitat: “Biz Rusiyanın Ukrayna torpaqlarına hücumunu qəbuledilməz hesab edirik, Ukrayna administrasiyası və xalqının mübarizəsini yüksək qiymətləndiririk”.

Həmçinin o, Bosfor boğazının bağlanması ilə əlaqədar hökumət qərarına münasibət bildirib. Ərdoğanın sözlərinə görə, rəsmi Ankara Montrö Konvensiyasının Türkiyəyə verdiyi səlahiyyətdən böhranın böyüməsinin qarşısını almaq üçün istifadə etmək barədə qərar qəbul edib:

“Bu günə kimi 5 min vətəndaşımız Ukraynanı tərk edərək ölkəmizə və digər ölkələrə köçüb. Tələblərə uyğun olaraq evakuasiya prosesini davam etdirəcəyik. Türkiyə başda BMT, NATO və Aİ olmaqla, iştirak etdiyi qurumlar və ittifaqlar çərçivəsində üzərinə düşən vəzifələri ciddi şəkildə yerinə yetirib”.

Türkiyə Rusiya ilə yaxın müttəfiqlik əlaqələrinə malik olsa da, Ankara Ukrayna müharibəsi ilə bağlı qəti və aydın mövqe sərgiləyib. Doğrudur, hələlik Moskvanın bu məsələ ilə bağlı mövqeyi məlum deyil. Lakin aydın məsələdir ki, Moskva Türkiyənin Ukrayna ilə bağlı mövqeyini müharibədən əvvəl də bilirdi. Çünki Ankara-Moskva əlaqələrinin ən yaxşı vaxtlarında belə Türkiyə hakimiyyəti Krımın Ukrayna ərazisi olduğuna dair mövqe bildirir, eyni zamanda münaqişənin Ukraynanın ərazi bütövlüyünün təmin olunması çərçivəsində həllinə tərəfdar olduğunu bildirirdi. Bu mənada Ərdoğanın Ukrayna böhranı ilə bağlı mövqeyi gözlənilməz deyildi.

Ancaq o da məlumdur ki, Türkiyə Rusiya ilə geniş əlaqələrə malikdir, iki ölkə xüsusən də son illərdə regional məsələlərdə yaxından əməkdaşlıq edirlər. Qarşılıqlı ticarət və enerji layihələri, Türkiyədə AES tikintisi, S-400 Hava Hücumundan Müdafiə sistemlərinin satışını Rusiya həyata keçirir. Bütün bunlara rəğmən Ankara Ukrayna məsələsində açıq mövqeyini ortaya qoydu.

Məsələ ondadır ki, Ukrayna Türkiyə üçün yalnız region ölkəsi deyil. Türkiyə və Ukrayna arasında Osmanlı dövründən qalan tarixi bağlar mövcuddur. Eyni zamanda hazırda da iki ölkə arasında hərtərəfli dərin münasibətlər mövcuddur. Türkiyə Rusiyanın narazılığına rəğmən Ukraynaya müasir Pilotsuz Uçuş Aparatları satdı. Hazırda bu PUA-lar rus qüvvələrinə aramsız ağır zərbələr endirir.

Eyni zamanda Krım Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən bir ərazidir. Ankara Krım məsələsinə yalnız Ukraynanın ərazi bütövlüyü kimi deyil, keçmiş Osmanlı əraziləri və türklərin yaşadığı torpaqlar kimi yanaşır.

Lakin eyni zamanda bütün bunlarla yanaşı Türkiyə Rusiya ilə olan bağını qoparmayıb. Türkiyə hələlik NATO və Qərb ölkələrinin Rusiyaya qarşı paket sanksiyalarına qoşulmayıb. Əlbəttə, aydın məsələdir ki, BMT və NATO çərçivəsində kollektiv alınan qərarlara Ankara da qoşulacaq. Lakin hələlik Türkiyə NATO-nun “şərq qapısı” olaraq Rusiyanın qarşısında deyil.

NATO haqqında nələri bilmirik?

Ankaranın son boğazlar qərarı da bu qəbildəndir. Türkiyə bu qərarla Qara dənizi faktiki olaraq müharibə meydanı olmaqdan qorumuş oldu. Çünki boğazların keçid üçün açıq olması Rusiya ilə yanaşı NATO ölkələri gəmilərinin əraziyə daxil olması və mümkün qarşıdurma üçün şərait yarada bilərdi. Görünür, bu səbəbdən Ankara boğazları hərbi gəmilər üçün bağladı.

Beləliklə, hazırda Türkiyə bu günlərin məşhur deyimi ilə desək, Ukraynanın yanında Rusiyanın qarşısında və yaxud da əksinə deyil. Ankara indi iki ölkənin arasında dayanır. Hər ikisinə məsafəli və dost, eyni zamanda beynəlxalq hüquqa bağlı.

Güman edirəm ki, Ankaranın hazırkı gedişi Ukrayna və Rusiya arasında vasitəçilik missiyasına hesablanıb. Müharibənin hansısa mərhələsində tərəflərin danışıqlar masasına oturması labüddür. Lakin artıq Belarusda bu danışıqların olması ehtimalı azdır. Bundan sonra digər ölkələr gündəmə gələ bilər. Hələlik yalnız yer baxımından deyil, həm də hər iki tərəfə təsir və yaxınlıq baxımdan Türkiyə ən uyğun variantdır.

Bu səbəbdən də Ukrayna və Rusiya arasında sülh prosesi üçün ən real vasitəçi ölkə hazırda Türkiyədir. Ankara hər iki tərəfə yaxındır, qonşuluq və dostluq əlaqələrinə malikdir. Üstəlik NATO üzvü olsa da, Rusiyaya qarşı birbaşa təzyiq prosesində yer almayıb, hava məkanını bağlamayıb. Bütün bu parametrlərinə görə, indi Türkiyə iki ölkə arasında ən uyğun vasitəçidir. Ankaranın ehtiyatlı mövqeyinin arxasında məhz bu səbəb dayanır.


Yeri gəlmişkən, Türkiyə (Osmanlı) 300 il əvvəl, 17-ci əsrin sonlarında da Ukraynanın birləşməsi üçün başlayan müharibəyə dəstək verib. Bu mənada ortada həm də uzun bir tarixi ənənə var.

Mənbə: Yeni Müsavat (Kənan Rövşənoğlu)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930