Araşdırma: Qarışqalar xərçəng hüceyrələrini qoxlayaraq tapa bilirlər

14.03.2022 - 19:31


Fransada aparılan yeni bir araşdırma ilə “Formica Fusca” növlü qarışqaların qoxlayaraq insanlarda xərçəng hüceyrələrini aşkar edə bildiyi ortaya qoyuldu. Fransa Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) verdiyi açıqlamaya görə, CNRS, Paris Sorbon Universiteti, Küri İnstitutu və Fransa Milli Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutundan (INSERM) bir qrup alim “Formika Fusca” növlərini öyrənib.

“Cumhuriyyet.net” “Ntv.com”a istinadən bildirir ki, laboratoriyada ipək qarışqalar olaraq da adlandırılan “Formica Fusca” növ qarışqaları əvvəlcə xərçəngli insan hüceyrələrini iyləyiblər.

İkinci mərhələdə tədqiqatçılar qarışqalara biri sağlam, digəri isə xərçəng olan iki toxumanı iylədiblər. Tədqiqatçılar bu mərhələdə qarışqaların xərçəng toxumasına meylli olduğunu aşkar ediblər.

Nəhayət, tədqiqatçılar qarışqaları müxtəlif xərçəng hüceyrələrinin qoxusuna məruz qoyaraq, qarışqaların onları ayırd edə bildiyini müəyyən ediblər.

XƏRÇƏNGİN DIAQNOZU ÜÇÜN QARIŞQALARI ÖYRƏTMƏK İTLƏRİ ÖYRƏTMƏKDƏN UCUZ OLA BİLƏR…

Araşdırma zamanı qarışqaların daha az xərclə öyrədildiyi, ancaq itlərin təliminin aylar, hətta bir il çəkdiyi məlum olub. Araşdırmanın nəticələri “iScience” jurnalında dərc olunub.

Yeganə

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171721

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2023
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930