Ermənilərin müharibə qorxusu: Zəngəzur uğrunda savaş başlayır?

18.01.2024 - 13:18

“Ermənilər, sadəcə olaraq, hadisələri şişirtməklə məşğuldurlar. Eyni zamanda onlar tarixi hadisələri artıq öyrənməyə başlayıblar. Dünənə qədər “5 minlik tarixi olan” “Artsax”dan, Nuhun gəmisinin Ararat dağına (Ağrı dağı) enməsindən danışır, həmçinin özlərini xristianlığı qəbul edən xalq kimi təqdim etməyə çalışırdılar. Bu xəstə təxəyyülü xalqın uydurmadığı məsələlər yox idi. İndi də müharibə barəsində uydurmalara başlayıblar”.  Bu sözləri Yenisabah.az-a açqılamasında politoloq Qabil Hüseynli deyib.

Analitik erməni politoloq Benyamin Poqosyan tərəfindən səsləndirilən “Azərbaycan tərəfindən “Qərbi Azərbaycan” ideyasının ortaya atılması növbəti hərbi təcavüzə potensial olaraq zəmindir” ifadəsinə münasibət bildirib.

Q.Hüseynli xatırladıb ki, bugünkü Ermənistan ərazisi bütünlüklə Qərbi Azərbaycan torpaqları olub ki, ermənilər bu torpaqlara gəlmədirlər:

“Onlar deyirlər ki, “biz ən qədim xalqıq” Əgər belədirsə, ən qədim xalqın sayı 3 milyon olar? Bir ovuc xalq indiyə qədər saysız-hesabsız məsələləri uydurub. İndi də Qərbi Azərbaycana qayıdış konsepsiyasını hərbi müdaxilə və təcavüz kimi qiymətləndirirlər. Biz əslən Qərbi Azərbaycandan olan vətəndaşlarımızın həmin bölgəyə qayıtmasını və müharibəsiz, ləyaqətlə yaşamasını Ermənistan dövlətindən tələb edə bilərik. Lakin bu tələb yeni müharibə və toqquşmalara gətirib çıxarmamalıdır”.

Siyasi təhlilçiyə görə, biz Qərbi Azərbaycan məsələsi ilə həm də ermənilərə başa salmaq istəyirik ki, siz bu bölgənin aborigen əhalisi deyilsiniz, əksinə, siz bu torpaqlara 250 il bundan əvvəl rusların köməyi ilə gətirilib sonra da Azərbaycan üçün bir bəlaya çevrilmisiniz:

“Şükürlər olsun ki, Azərbaycan bu bəlanın böyük qismini sovuşdura bildi. Fikrimcə, Azərbaycanın Ermənistana hücum etmək və yaxud da ki, qərbi azərbaycanlıları zorla oraya yerləşdirmək kimi düşüncəsi yoxdur. Biz müharibəni bitirmişik, sülh müqaviləsi bağlamaq və sərhədlərin delimitasiyasını həyata keçirmək, sonra isə ermənilərin daşı daş üstdə qoymadığı Qarabağ və Şərqi Zəngəzur torpaqlarını abadlaşdırıb oradan zorla qovulmuş insanları bölgəyə qaytarmaqla həmin ərazilərə həyat vermək istəyirik. Ermənistan da öz ərazisində dinc quruculuq işləri ilə məşğul olsa, yaxşı olar. Onlar bundan sonra militarist fikirlərə düşməyə can atmasınlar. Bizim arzumuz və istəyimiz sülhdür və bundan savayı bir niyyətimiz yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=197845

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031