Qəzaya uğrayan təyyarədə toqquşmadan öncə yaşananlar – STENOQRAM

27.03.2015 - 17:35

rrFransada Alp dağlarında qəzaya uğrayan “Airbus 320” tipli sərnişin təyyarəsinin qara qutusunda qeydə alınan bəzi məqamlar açıqlanıb. Xarici mediada qara qutuda qeydə alınanlara istinadən təyyarə qəzaya uğramamışdan öncə baş verənlər haqda informasiya yayılıb.

Saniyəsinə qədər qeydə alınan həmin məqamlar bunlardır:

“Kapitan pilot köməkçi pilotdan sükanı almasını xahiş etdi”.

“Bu arada kreslonun geriyə çəkildiyi səsi gəlir və qapı açılır”.

“Köməkçi pilot sükanı alır və kabinədə tək qalır”.

“Bir az keçmiş kiminsə kabinəyə girməyə çalışdığı səsləri gəlir”.

“Lakin köməkçi pilotdan heç bir səs çıxmır. Qapı möhkəm şəkildə döyülür”.

“Kabinədə qalan pilotun ağır-ağır nəfəs aldığı eşidilir”.

“Bu onun həyatda olduğunu göstərir. Toqquşma olana qədər onun nəfəsi eşidilir”.

“Sərnişinlər son ana qədər heç nə hiss etmirlər”.

“Toqquşmaya az qalmış salonda qışqırıq səsləri eşidilir”.

Qeyd edək ki, Barselonadan Düsseldorf şəhərinə uçan təyyarədə 144 sərnişin və altı ekipaj üzvü olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=19790

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728