Üç ölkənin XİN başçıları toplaşır – mühüm gedişat

14.03.2024 - 10:59

Azərbaycan, Gürcüstan və Türkiyənin baş diplomatları Cənubi Qafqazı müzakirə edəcəklər; deputat və ekspertlərdən rəylər

Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək. XİN-dən bildirilib ki, üçtərəfli görüş çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Bu görüşdə nələrin müzakirə ediləcəyi, hansı qərarlar olacağı barədə konkret bilgi yoxdur. Ancaq böyük ehtimalla 3+3 formatı, habelə üç ölkənin birgə strateji fəaliyyət planları istiqamətində hansısa yeni gəlişmələr olacaq. Türkiyənin baş diplomatı Hakan Fidan buna qədər Vaşinqton səfərində olub. Nazir məhsuldar görüşlər keçirib. Fidan Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Entoni Blinken, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Haynsla müxtəlif mövzuları müzakirə edib. O baxımdan Fidan ABŞ-la strateji tərəfdaşlığı olan Azərbaycan və Gürcüstanla bağlı fikir mübadiləsi aparmış ola bilər.

Bu görüşlər təkcə XİN başçıları ilə məhdudlaşmır. Martın 12-də Tiflisdə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında keçən görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib. İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək. Qeyd edilib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır. Ümumən Azərbaycan müstəqillik tarixində Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə sıx iqtisadi partnyorluq münasibətləri qurub. İkitərəfli və çoxtərəfli platformalarda inkişaf edən bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır və bütün tərəflərə fayda gətirir. Bu səpkidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan iqtisadi əməkdaşlıq əlaqələri xüsusilə diqqət çəkir.

İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Bakı-Supsa neft kəməri bir ilkdir. Bununla Bakı-Novorossiysk xəttinə alternativ ixrac boru kəməri yaradıldı. 2005-ci ildə əsas ixrac kəmərinin – Bakı-Tiflis-Ceyhanın açılışı baş tutdu. 2007-ci ildə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə Türkiyənin “mavi yanacaq” şəbəkəsinə daxil oldu. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərlə reallaşdırdıqları digər regional və qlobal əhəmiyyətli layihə nəqliyyat sektoruna aiddir. Söhbət 2017-ci ildə inşası tamamlanan Bakı-Tiflis-Qars dəmir yolundan gedir. Azərbaycanın təşəbbüsü və böyük həcmlərdə investisiya yönəltməsi sayəsində ərsəyə gələn BTQ Avrasiyada ən qısa nəqliyyat bağlantısıdır. Azərbaycanla qardaş Türkiyə arasında münasibətlər bütün sahələrdə zirvədədir. Dünyada elə bir iki ölkə yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birilərinə yaxın olsunlar. İki ölkə arasında Şuşa Bəyannaməsinin imzalanması ilə strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Eyni zamanda ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur.

Short URL: http://www.cumhuriyyet.net/?p=199262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930