Azərbaycanda 5 min eşşək “yoxa çıxıb”
Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qedə alınıb. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin – 10174-nün yaşı 3 və daha çoxdur.
Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”. Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub.
Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur.
Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir. İqtisadi rayonlar arasında eşşələrin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş), İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.
Short URL: http://www.cumhuriyyet.net/?p=199742