Təhsil haqqını ödəmək üçün fahişəlik edən tələbələr

28.03.2015 - 22:05

rrBritaniyalı tələbələrin dördə biri təhsil haqqını ödəmək və ya ümumiyyətlə yaşamaq üçün seks-industriyada çalışırlar. ANS PRESS-in məlumatına görə, tələbələr arasında keçirilən sorğunun nəticəsi belə deyir. Sözügedən geniş masştablı araşdırmada Böyük Britaniyada təhsil alan 6000 tələbə iştirak edib və onların 22 faizi kommersiya seksi ilə məşğul olduqlarını deyiblər. Bunlardan hər iyirmincisi isə sadəcə ali təhsil almırlar, onlar elmi dərəcə üzərində işləyirlər.

Layihənin saytında yerləşdirilən məqalədə deyilir ki, qadınlarla müqayisədə kişilər daha çox seks-industriya sahəsinə cəlb edilirlər. Bu tələbələr yaşayışlarını təmin etmək üçün təkcə fahişəlik etmirlər, eyni zamanda eskort-xidmətlər, erotik rəqslər, telefonla seks kimi xidmət növləri ilə pul qazanırlar.

Alınan məlumatlarlar onu göstərir ki, kommersiya seksi sahəsində çalışan tələbələrin 39%-i bu təhsil haqqını ödəmək üçün götürdükləri kreditin məbləğini azaltmaq məqsədilə bu münasib olmayan peşəni seçiblər. 45% tələbə isə krediti bağlamaq məqsədilə bu yola əl atıb.

Tələbələrin çoxu ailələrinin və dostlarının ittihamlarından qorxduqlarından bunu gizli saxladıqlarını bildirib. Araşdırma məqaləsi universitetdə oxumaq üçün pul toplayarkən fahişəliyə başlayan tələbə qızın hekayəsi ilə başlayır. İştirakçıların çoxu iş vaxtı özlərini təhlükəsiz hiss etmədiklərini etiraf ediblər.

Belə ki, fahişələrin bəziləri həddindən artıq cüssəli və əzələli müştəriyə xidmət edərkən döyüləcəklərindən qorxub böyük stress keçirdiklərini qeyd ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=20040

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728