Həbsdə olan İlham Mirzəyevin restoranı əlindən alınıb

28.03.2015 - 23:12

ilham_mirz4Həbsdə olan İlham Mirzəyevin “Tale yolları” şadlıq evi əl dəyişib. Hazırda şadlıq sarayını başqa bir sahibkar idarə edir. Məhbus falçının obyekti artıq müsadirə olunmuş hesab edilib.

Bu xəbəri tia.az-a verən mənbənin sözlərinə görə, “Space” telekanalında yayımlanan “Etiraf” verilişinin aparıcısı İlham Mirzəyevin işi davam edir. Onun cəzalandırılmasına səbəb isə vəzifəliləri də aldatması olub. Falçılıqla məşğul olan teleaparıcı yüzlərlə müştərisinə kələk gəlib.

O, biznesini də məhz falçılıqdan qazanmaqla qurmağa müvəffəq olub. Mənbə bildirir ki, Mirzəyevin biznesinin inkişafına kənardan dəstək də az olmayıb. Həmin qüvvələr isə falçı həbs ediləndən sonra biznesini yağmalayıb.

Onun vaxtilə ölkədən qaçan rektor Elşad Abdullayevin seçki kampaniyasında yaxından iştirak etdiyi da göstərilir. Onun təkcə Bakı şəhərində malik olduğu bir neçə ev, Abşeron ərazisindəki bağlar və bir neçə kommersiya obyektləri də var. “Tale yolları” adlı restoranının qiyməti isə milyonla ölçülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=20056

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728