Fahişəxanadan reportaj:pəncərədən baxmaq, çölə çıxmaq qadağandır, müştərilərə “buyurun” demək olmaz…

06.04.2015 - 12:39

rrTürkiyədə fahişə qadınların xidmət göstərdiyi “Pembe ev” (Çəhrayı ev) adlanan gizli oteldən reportaj hazırlanıb. ANS PRESS-in məlumatına görə, yüngül əxlaqlı qadınların toplaşdığı evdən hazırlanan reportaj böyük marağa səbəb olub.

Türk jurnalistlərin hazırladığı reportajda əxlaqsız qadınların xidmətləri, onların görünüşləri olduğu kimi şərh olunur. Jurnalistlər ilk öncə fahişəxananın girişində dəmir qapı olduğunu bildiriblər. Girişdə xüsusi mühafizə xidməti fahişəxananı qoruyurdu.

Burada müştərilərlə danışmaq qadağan olduğu üçün qadınlar xüsusi hərəkətlərlə kişilərin ağlını başdan alırlar. Oturuşları, baxışları və üzlərindəki mimika ilə tərəddüd içində olan müştəriləri belə yoldan çıxarırlar.

Fahişələrin çoxu elə burada qalırlar. Qadınların bəziləri isə müştərilərin istəyinə görə evlərə də gedirlər.

Fahişələrin çoxu buranı evləri kimi əziz bilirlər. Onlar fahişəxananın sahibinə “ata”, oranı idarə edən qadına isə “ana” deyə müraciət edirlər. Fahişəxananı işlədən “ana” isə elə oranın sahibinin arvadıdır. Fahişəxanada xüsusi iş otağı ayrılıb. Qapıdan isə “Giriş qadağandır” yazısı asılıb.

Yaradılan bütün şəraitlərlə bərabər, burada ağır qanunlar da hökm sürür. Bu səbəbdən də, buradakı fahişələr özlərinə məhbus kimi hiss edirlər. Burada onlara pəncərədən baxmaq, icazəsiz çölə çıxmaq qadağandır. Hətta müştərilərə “buyurun” demək belə fahişələrə qadağan edilib.

Ən əsası isə burada hər yer çəhrayı rəngdədir. Bu səbəbdən də, bu fahişəxananı “Pembe ev” (Çəhrayı ev) deyə adlandırırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=21464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031