Azərbaycanlı aktrisa “erməni soyqırımı” filmində

20.04.2015 - 01:42

rrRusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova uydurma “erməni soyqırımı”nı təbliğ edən və Moskva erməni diasporunun maliyyələşdirdiyi “Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filminə çəkilib. Cumhuriyyet.az modern.az-a istinadən xəbər verir ki, Rusiya ermənilərinin “ArmeniaFutura” layihəsi çərçivəsində çəkilən filmdə hadisələr İstanbul və Sankt-Peterburqda cərəyan edir. Filmin birinci hissəsində Səbinə Əhmədovanın da canlandırdığı erməni ailəsinin 1915-ci ildə İstanbuldakı həyatı, 2-ci hissədə isə onun “soyqırımı”ndan sağ qalan qızınının Sankt-Peterbuqdakı həyatı təsvir olunur.

Filmin ideya müəllifi Emil Arzanqulyan, ssenaristi Narine Aqabalyan və quruluşçu rejissoru isə Aleksandr Sabadır. “Erməni soyqırımı”nı təbliğ edən filmdə çəkilən Səbinə Gülbəlay qızı Əhmədova 1981-ci il sentyabrın 23-də Bakıda anadan olub. O, Rusiyada böyük auditoriya toplayan “Klub” serialında, “Böyük şəhərdə sevgi”, “Olimpius İnferno”, “8 ilk görüş” filmlərində çəkilib. Son illərdə isə Səbinə Əhmədova Hollivud filmlərində də rol almağa başlayıb. O, ABŞ-da çəkilən “Mavi arzu”, “Kişilər yalan danışmır” filmlərində və “Sibir” teleserialında oynayacaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=22840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728