İbrahim Nehrəmlinin “Xəzər adaları”nda qiyam

19.04.2015 - 23:27

Hacı İbrahim nehrəmliMaliyyə problemləri futbolda olduğu kimi, futzalda da özünü bürüzə verməyə başlayıb. Özü də problem Azərbaycanın ən imkanlı futzal klubu sayılan “Xəzər adaları”nda yaranıb. Cumhuriyyet.az komanda.az-a istinadən xəbər verir ki, futzal üzrə Azərbaycan çempionatının lideri olan “Xəzər adaları”nda pulsuzluğa görə əməlli-başlı qiyam başlayıb. Klubun sahibi və sponsoru olan Hacı İbrahim Nehrəmli komandasında çıxış edən futzalçıların məvaciblərini vermir.

Məlumata görə, onun komanda üzvlərinə 70 min manata yaxın borcu yaranıb. Elə buna görə də “Xəzər adaları”nın braziliyalı legionerləri çempionatın növbəti turunda meydana çıxmaq istəmirlər. Məsələ burasındadı ki, braziliyalıların qaldıqları evlərin kirayə borcları da ödənmir. Bu isə “sambaçılar”ın səbr kasasını daşırıb.

Vəziyyət o həddə çatıb ki, “Xəzər adaları”nın məşqlərini və oyunlarını keçirdiyi “ABU Arena”nın rəhbərliyi də komandanı arenaya buraxmır. Klubun “Abu Arena”ya da borcu olduğu deyilir. Komandanın braziliyalı legionerləri klub rəhbərliyinin qarşısına konkret şərt qoyub: pulumuzu verin, çempionluğu qarşınıza qoyaq.

Xəbərə “Xəzər adaları”nın icraçı direktoru Fuad Qəmbərov münasibət bildirib. Klub rəsmisi bildirib ki, heç kimə borcları yoxdu: “Klubun heç kimə borcu yoxdu. İstəsəz, bu barədə klubun “kassir”indən də məlumat ala bilərsiz. Biz oyunçuların məvacibini vaxtlı-vaxtında ödəyirik. Sadəcə, “Neftçi” İSM-lə son oyundan sonra mükafatlar bir az gecikdirildi. Ancaq ciddi maliyyə problemindən söhbət belə gedə bilməz”.

Qeyd edək ki, futzal üzrə Azərbaycan çempionatında 4-cü dövrə start götürəcək. Dövrənin ilk oyunu isə aprelin 26-da keçiriləcək. “Xəzər adaları” çempionluq yolunda əsas rəqibi olan “Fənər”lə qarşılaşacaq. Bu oyun çempionluq uğrunda mübarizənin “davam, yoxsa tamam” olacağı baxımından böyük əhəmiyyət daşıyır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=22868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031