Fil balası fil qatilini öldürdü
Zimbabvedə bir bala fil dünyaca məşhur 55 yaşlı ovçu Yan Qibsonu əzərək öldürüb. Axar.az xəbər verir ki, məşhur ovçu amerikalı müştərisi üçün fil dişlərinin uzunluğunu ölçdüyü əsnada öldürülüb.
AfricaHunting.com saytına görə, hadisə belə baş verib: “Qibsonun da içində olduğu qrup dincəlmək məqsədi ilə fasilə verib. Bu vaxt yanlarına bir bala filin gəldiyini görən ovçu heyvanın dişlərini ölçmək istəyib və hadisə bundan sonra baş verib”.
Deili Meil-də yer alan xəbərə görə isə, bala fil Qibson ölənə qədər onun üstündə oturub. Bundan əvvəl ovçu bala fili öldürməyə çalışıb. Hadisə yerində olan amerikalı müştərinin şəxsiyyəti açıqlanmayıb.
Xatırladaq ki, bir ay əvvəl yayımlanan bir araşdırmada Afrikada fil dişi ovçuluğunun fillərin nəslini tükəndirdiyi vurğulanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=23161