Şeyxin cazibədar Azərbaycan müğənnisinə gözü düşüb

25.06.2015 - 00:47

rrGənc müğənni Aytac Vidadiqızı ifa etdiyi “Sevirəm” mahnısı ilə dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib. Azerinews.org bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, müğənni şeyxlə görüşdüyünü və şeyxin onun mahnısını çox bəyəndiyini bildirib:“Bilirdim ki, ifa etdiyim mahnı vətənimdə uğur qazanacaq. Amma əcnəbilərin diqqətini çəkməsini gözləmirdim. Ərəb şeyxinin mahnımdan xoşunun gəlməsini yaxın dostlarımdan biri dedi. Elə bildim ki, zarafat edir. Daha sonra şeyxin yaxın adamları mənə zəng edib bu haqda fikirlərini və şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər. Xəbərin həqiqi olduğuna o zaman inandım. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vastiəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən bu mahnıya ərəbsayağı klip və fotosessiya etdirmək üçün icazə istədi. Dedim klipi siz maliyyələşdirin, fotosessiyanı özüm edərəm”.
Aytac şeyxin adını açıqlamasa da, yaxın vaxtda şeyx üçün özəl konsert verəcəyini də qeyd edib: “Adını açıqlamaq istəmirəm. Bu düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir.Buna baxmayaraq bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm”.
Qeyd edək ki, müğənninin mahnı üçün çəkilən fotosessiyasının müəllifi Niko Abbasovdur, vizajist isə Anar Ağakişiyevdir.
Onuuda bildirək ki, Azərbaycanlı müğənni Aytac Vidadiqızına son dövrlər əcaib fətvaları ilə dünyada gündəmə gələn Səudiyyə Ərəbistanı müftisi Əbdüləziz Ali Şeyxin ona gözü düşdüyü bildirilir.
Xatırladaq ki, bu yaxınlarda islaminsesi.org-un verdiyi məlumata görə, Əbdüləziz Ali Şeyx deyib ki, əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər: “Qadın öz həyat yoldaşına fədakarlıq və itaətini dərk etməlidir. Qadın hiss etməlidir ki, onların hər ikisi bir bədəndir. Əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər”. Şeyxin bu qəribə fətvası sosial şəbəkələrdə böyük mübahisəyə və qalmaqala səbəb olmuşdu.
Maraqlıdır ki, Azərbaycanlı müğənni Aytac Vidadiqı Şeyx ac olarsa bədənini ona qurban verməyə nə dərəcədə hazırdır. – See more at: http://azerbaycaninfo.az/medeniyyet_xeberleri/6414-sheyxn-azerbaycanl-mugennye-gozu-dushub.html#sthash.lm2Qducs.dpuf

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27175

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031