Eldar Əzizovun adamı torpaq alverinə girişib

06.08.2015 - 01:54

eldarSumqayıtın H.Z.Tağıyev qəsəbəsi inzibati ərazi vahidi üzrə nümayəndəsi Nasir Rzayevin yarıtmaz fəaliyyətindən doğan narazılıqlar baş alıb gedir. Qəsəbə qanunları pozması ilə diqqəti cəlb edən bir məmura həvalə olunub. Bu barədə dia.az-a verilən xəbərdə bildirilir ki, Nasir Rzayevin qəsəbədə və ətraf ərazilərdə davamlı olaraq həyata keçirdiyi torpaq maxinasiyaları cinayətə bərabərdir.
Tağıyev qəsəbəsi bir tərəfdən dənizlə, digər tərəfdən sənaye müəssisələriylə əhatələnib. Dəniz sahilinə paralel, qəsəbədən hər iki istiqamətə isə, geniş torpaq sahələri uzanıb gedir. Mənbələr bildirirlər ki, icra nümayəndəsi həmin o geniş ərazilərdən 100 hektardan artıq torpaq sahələrini uzun müddətə istifadəyə götürüb. Faktiki olaraq zəbt etdiyi həmin torpaqların bir hissəsində Nasir Rzayev mövsümdən asılı olaraq, bostan və tərəvəz bitkiləri, göyərti əkdirir, bir hissəsində balıqçılıq təsərrüfatı yaradıb, qalanını da icarəyə verib. Bütün bu fəaliyyətindən gələn gəlirdən isə təbii ki, nə dövlət büdcəsinə vergi ödənilmir, nə də qəsəbənin ehtiyaclarına bir qara qəpik olsun xərclənmir. Daha sonra daxil olan məlumatlarda iddia olunur ki, bu gün qəsəbə torpaqlarının kənar şəxslərə qanunsuz satışı və burada eynilə qanunsuz evlərin tikintisi geniş vüsət alıb. Halbuki, yerli sakinlər ailə-məişət şəraitlərini yaxşılaşdırmaq üçün özlərinə məxsus torpaq sahəsində ev tikmək istədikdə, onlardan 5-8 min manat civarında rüşvət tələb olunur. Tələbə əməl olunmadıqda isə, Nasir Rzayev həmin vətəndaşa qarşı “xüsusi tədbir” görür.
Məsələ bundadır ki, bu xüsusda icra nümayəndəsinin özünəməxsus taktikası var. Belə ki, ev tikmək niyyətinə düşmüş qəsəbə sakininə qarşı əvvəlcədən heç bir tələb irəli sürülmür. Nasir Rzayev sözün əsil mənasında gözləmə mövqeyi tutur. Yalnız evin divarlarının çox hissəsi qaldırıldıqdan sonra, icra nümayəndəsi “səhnəyə çıxaraq”, özünə məlum meyarlar əsasında müəyyən etdiyi məbləği tələb edir. Bu zaman sakin iki seçim arasında qalır. Ya tələb olunan pul ödəniləcək, ya da evin inşa olunmuş divarları uçurulacaq. Təbii ki, bu zaman vətəndaşa külli-miqdarda ziyan dəyəcək. Amma bunun Nasir Rzayev heç bir əhəmiyyəti yoxdur.
Həmçinin aldığımız məlumatlarda bu da bildirilir ki, torpaq maxinasiyalarından əldə edilən gəlirlər və qanunsuz tikilən evlərdən yığılan “rüsumlar”, heç də Nasir Rzayevin şəxsi büdcəsini formalaşdıran yeganə qaynaqlar deyil. Belə ki, iddialara görə, bu gün Sumqayıt ŞİH-nin Tağıyev qəsəbə nümayəndəliyində dövlət satınalmaları ilə bağlı da kifayət qədər maxinasiyalar həyata keçirilir. Bu vasitə ilə qəsəbədə görülən, daha doğrusu görülməli olan abadlıq-quruculuq işlərinə ayrılan dövlət vəsaitlərinin də böyük bir hissəsi icra nümayəndəsi tərəfindən mənimsənilir. Mənbələr bildirirlər ki, əldə etdiyi bütün bu vəsaitlər hesabına Nasir Rzayev bu gün Sumqayıt şəhərində xidmət sahəsində ixtisaslaşmış bir çox kommersiya obyektinin sahibinə çevrilmişdir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29327

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930