Saatlıda “Azərişıq”ın qaranlıqları: sabiq deputatın korrupsioner qohumu…

07.09.2015 - 02:48

Sabiq deputatın və icra başçısının qohumu Fürsət Əhmədov camaata qan uddurur, sakinlər elektrik enerjisiz qalıb; “Azərenerji”nin 3 il əvvəl korrupsiyaya görə işdən qovduğu Fürsət Əhmədovun əməlləri

saatlıAzərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən iclasında regionlarda elektrik enerjisinin verilməsində nöqsanlara yer verildiyini vurğulamış və bu sahədə əsaslı dönüş yaradılması barədə göstəriş vermişdir. Onu da qeyd edək ki, bu sahədə aparılan islahatlar nəticəsində “Azərişıq” Açıq Səmdar Cəmiyyəti yaradılmış və “Azərenerji”nin əksər səlahiyyətləri yeni yaradılmış quruma verilmişdir. Yeni qurumun qarşısına qoyulmuş əsas vəzifələrdən biri regionlarda əhalini elektrik enerjisi ilə vaxtlı-vaxtında təmin etmək idi.

“Azərişıq” Açıq Səmdar Cəmiyyəti regionlara kadrlar təyin edəndən sonra yerli sakinlər “Azərenerji”nin rəhbərliyinin ölənlərinə rəhmət oxudular. Çünki “Azərişıq” ASC əsasən işdə yol verdiyi nöqsanlara və korrupsiya hallarına görə “Azərenerji”nin rəhbərliyi tərəfindən işdən qovulmuşları hansı xüsusiyyətlərinə görəsə maddi məsul vəzifəyə təyin etməyə üstünlük verdi.

Fürsət Əhmədov işdən niyə qovulmuşdu?

“Azərişıq” Açıq Səmdar Cəmiyyəti kadrları seçib yerləşdirəndə görəsən onların keçmişi ilə niyə maraqlanmayıb? Bu qurumun Saatlı regional idarəsinə “Azərenerji”nin Fürsət adlı işçisini hansı yaxşı xüsusiyyətlərinə müdir təyin edilib? Həmin şəxs də dərhal keçmiş ortaqlarını, hansılar ki, korrupsiya əməlllərinə görə 2-3 əvvəl bu sistemdən uzaqlaşdırılmışdır, onları tapıb yenidən rayon elektir idarəsinə müdir gətirdi. Çünki həmin şəxslər elektrik enerjisinin pulunu mənimsəmək, sahibkarlardan hədə-qorxu ilə pul tolamaq və dövlət tədbirlərindən istifadə edib pul yığmaq yollarını çox yaxşı bilirdilər. Bu sahədə onların yaxşı təcürbələri də var. Ona görə də “Azərenerji”nin rəhbərliyi tərəfindən korrupsiya əməllərinə görə Sabirabad Rayon Enerji Satışı və Təchizatı İdarəsinin müdirliyindən qovulmuş Fürsət Əhmədovu Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir təyin etdi.

Saatlıda şıdırğı pulyığma kampaniyası

Fürsət Əhmədov Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir təyin olunan gündən vətəndaşların, rayonda fəaliyyət göstərən sahibkarların və fermerlərin günü qara olub. Fürsət Əhmədovla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə o vaxt korrupsiya əməllərinə görə Sabirabad Rayon Enerji Satışı və Təchizatı İdarəsinin rəisliyindən qovulanda 130 min manat da xərci çıxıbmış. 3 ildən sonra yenidən vəzifəyə gətirilən Fürsət əlinə düşmüş bu fürsətdən istifadə etmək üçün ilk növbədə düşdüyü xərcin yerini doldurmağa başlamaq qərarına gəlib. Bəhanəsi da Bakıda keçiriləcək Avropa Oyunları oldu. Fürsət Əhmədov iri sahibkarlara min manat, xırda sahibkarlara isə 500 manat haqq qoyub. Deyib ki, bu tapşırıq baş idarədən gəlib. Sahibkarlardan biri keçmiş korrupsionerə “Bu sənin köhnə əməllərindir. Elə buna görə də 3 il idi ki, işdən qovulmuşdun. Səni bu vəzifəyə qoyanın Allah cəzasını verəcək. Avropa Oyunlarının adına ləkə vura bilməzsən. Pulu Tofiqlə ikiniz yığırsınız. Çünki siz ikiniz də bu çirkinliyə vərdiş etmisiniz”. Fürsət isə “ Az danış, əcəb edirəm. Pulu verməsən, obyektinin işığını kəsdirəcəyəm. Get kimə istəyirsən de. Mən indi “Azərişıq” ın işçisiyəm” deyib.

Son vaxtlar Saatlıda işıq idarəsinin işçiləri ilə sahibkarlar arasında ciddi qarşıdurma yaranıb. Ölkədə zəruri bir tədbir –birinci Avropa Oyunları ərəfəsində ciddi qarşıdurmanın yaranması görəsən kimin sifarişidir? Fürsət Əhmədov kimlərin sifarişlərini yerinə yetirir. Bəlkə də sifariş deyil. Axı, Fürsət Əhmədov sahibkarlardan hədə-qorxu yolu ilə pul toplamağa adət edib.

“Azərişıq” ASC-nin yarıtmaz kadr siyasəti

Görəsən, “Azərişıq” Açıq Səmdar Cəmiyyəti maddi-məsul vəzifəyə işçi təyin edərkən həmin işçilərin keçmişi ilə niyə maraqlanmır? Hamıya bəllidir ki, Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə təyin olunan indiki müdir Fürsət Əhmədov korrupsiya əməllərinə görə “Azərenerji”nin rəhbərliyi tərəfindən işdən qovulub. Belə bir adamı yenidən Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir qoymaqda məqsəd nədir: sahibkarlardan və fermerlərdən qisas almaq, yoxsa müham əhəmiyətli dövlət tədbirləri adı ilə camaaatdan pul yığmaq?

Hər halda Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasında dediklərini “Azərişıq” Açıq Səmdar Cəmiyyətinin rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istərdik. Onu da xatırlatmaq istərdik ki, “Azərişıq” Açıq Səmdar Cəmiyyəti “Azərenerji”nin tərs üzü deyil. Buna cəhd etməyin. Yoxsa, siz də qısa bir vaxtda “Azərenerji”nin gününə düşərsiniz.

İşıqpulu talanşılığı

Saatlı rayon Elektrik Satışı İdarəsinin müdiri Fürsət Əhmədov haqda redaksiyamıza daxil olan məlumata görə rayonda işıqpulu qalmaqalı yaşanır. Yeni rəhbər vətəndaşların elektrik enerjisini kəsib. Belə ki, işçilərini ərazilərə göndərən idarə müdiri onlardan hər abunəçiyə minimum 30 manat işıqpulu yazmağı tələb edir. Bu rəqəm bəzən 60-100 manata qədər qaldırılır. Baş verənlərlə bağlı cumhuriyyet.az-a məlumat verən sakinlər bildirirlər ki, Əhmədovun tapşırığı əsasında köhnədən borcu olan şəxslərə də rəhm edilmir. Onlardan bütün borcun bağlanmasını tələb edirlər. «Halbuki köhnədən olan borclar hissə-hissə ödənilməlidir və «Azərenerji» rəhbərliyi də bununla bağlı göstəriş verib. Amma Fürsət Əhmədov üçün bunun heç bir əhəmiyyəti yoxdur. Pulu ödəməyənin işığını yerindəcə kəsirlər».

Rayon sakinlərinin bildirdiyinə görə, dözülməz vəziyyət yaranıb və günlərlədir evlərində işıq yoxdur. Edilən şikayətlərə də baxan olmur. «Fürsət Əhmədov deyir ki, bu, onun qaydalarıdır və kimə istəyirlərsə, şikayət edə bilərlər. Bu adamla nə edəcəyimizi bilmirik». Onu da bildirək ki, Fürsət Əhmədov Saatlı İşıq İdarəsinə Sabirabaddan gəlib. Bu şəxs Sabirabad İşıq İdarəsinin müdiri işləyərkən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunub və qərarla işdən çıxarılıb. «Onu Ağcabədidə işləyəndə qovublar. Sonra İmişli İşıq İdarəsində müdir işləyib və oradan da qovublar. Qərarla işdən çıxarılmış adamın yenidən vəzifəyə hansı qanunla gətiriblər, məlum deyil». Onu da bildirək ki, Fürsət Əhmədov Saatlının sabiq icra başçısı, həmçinin keçmiş deputat Gülhüseyn Hüseynovun ən yaxın qohumudur. Onun vəzifə başında qalması da məhz sözügedən şəxsin sayəsində mümkün olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=31369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728