Polad Çakırı “Kurtlar Vadisi”ndən qovdu – VİDEO

12.10.2015 - 08:28

rrReytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialında əsas obraz Polad Alemdar rolunu canlandıran Necati Şaşmazla qardaşı Raci Şaşmaz arasında yaranmış gərginlik böyüyərək davam edir. ANS-in verdiyi məlumata görə, Necati Şaşmazın son addımı isə təəccüb və serial fanatları tərəfindən etirazla qarşılanıb.

Raci Şaşmazın “Kurtlar Vadisi” serialının ilk bölümlərində Süleyman Çakır obrazını canlandıran Oqtay Kaynarcanı özünün çəkdiyi “Eşkiya dünyaya hökmdar olmaz” serialında Çakırbəyli roluna çəkməsi Necati Şaşmazı hiddətləndirib.

Yerli mətbuatın xəbərinə görə, Necati Şaşmaz bunun acısını “Vadi”də Süleyman Çakırın oğlu Pusat obrazını canlandıran aktyor Görkem Seindikdən çıxıb. Oqtay Kaynarca ilə Görkem Sevindikin gərçək həyatda heç bir qohumluq əlaqələri olmasa da və ikili mübahisənin tərəfləri olmasa da Necati Şaşmaz yeni mövsümdə gənc aktyora “Vadi”də rol verməyib.

Şaşmazın bu hərəkəti sosial şəbəkələrdə serial pərəstişkarları tərəfindən etirazla qarşılanıb. “Pan film” aktyorluq akademiyasının tələbəsi olan Görkəm Sevindik seriala çəkildiyi ilk günlərdən göstərdiyi aktyorluq bacarığı ilə tamaşaçıların rəğbətini qazanıb.

Raci və Necati Şaşmaz qardaşlar 2013-cü ildə aralarında yaranmış mübahisə zəminində qalmaqallı şəkildə birbirlərindən ayrılmışdılar.

Qardaşlar arasında bundan sonra da müxtəlif səbəblərdən qalmaqallaryaranıb. Amma onlar hətta atalırının və nənələrinin yas mərasimində biraraya gəlsələr də birbirlərinin üzünə baxmayıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34541

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031