Azərbaycanlı aktyor bu duruma düşüb – FOTO

25.02.2016 - 12:03
yolcuyevAktyor Allahverdi Yolçuyev həmkarlarının maaşlarının artırılmasını istəyib

Cümhuriyyət.az musavat.com-a istinadən xəbər verir ki, aktyor istəyini sosial şəbəkədə dilə gətirib:

“Millət vəkillərimizdən, aidiyyatı qurumlardan xahiş edirəm ki, mədəniyyət işçilərinin maaşını artırın. Sənətkar xalqın simasıdır, o yaxşı yaşamalıdır ki, yaxşı da yaratsın. Gözünüz önündə kino, teatr, musiqi tənəzzülə uğrayır, buna imkan verməyin. Mənim 58 yaşım var, onlarla tamaşalarda oynamışam, minlərlə film səsləndirmişəm, neçə-neçə filmə çəkilmişəm. Amma indi heç kimə lazım deyiləm. Niyə? Radio, televiziyada nə qədər fondda obrazlarım var, iyirmi ilə yaxın “Ovçu Pirim” obrazı ilə uşaqları sevindirmişəm, eləcə də aktyor həmkarlarım sənət üçün canlarını verirlər. 38 ildir sənətdəyəm, nə fəxri adım var, nə işim, nə də maaşım. İndi heç olmasa dublyaja gedib bir təhər dolanırıq. Bəs lap yaşa dolanda neyləyəcəyik? Axırıncı suala cavab lazım deyil, şəklə baxsanız biləcəksiniz. Hörmətli, səs verib seçdiyimiz millət vəkilləri sizdən kömək gözləyirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55453

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930