Jan Klod Vandama meydan oxuyan azərbaycanlı – VİDEO
33 yaşlı bərbər Vandama meydan oxuyur, onun hərəkətlərini minik maşınlarında edir
Azərbaycalı bərbər məşhur aktyor Jan Klod Vandama meydan oxuyub. O, Vandamın reklam çarxında etdiyi çox çətin hərəkəti təkrarlayıb. Ən maraqlısı da budur ki, o heç peşəkar şəkildə idmanla da məşğul olmayıb. Bu Hollivud ulduzu Jan Klod Vandamdır. Vandam bu hərəkətləri bir yük avtomobilinin reklam çarxında etmişdi. İki TIR-ın arasında şpaqat açan atyor pərəstişkarlarına gənc vaxtlarında çəkildiyi filmlərini xatırlatmışdı…
Bu isə ağdamlı bərbər Bəhmən Nəbiyevdir. Məcburi köçkün kimi paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məskunlaşmış 33 yaşlı bərbər Vandama meydan oxuyur, onun hərəkətlərini minik maşınlarında edir. Bəhmən Nəbiyev əvvəllər həvəskar şəkildə idmanla məşğul olub. Bu hərəkəti etmək də məhz o zaman ağlına gəlib. Bəhmən Nəbiyev deyir ki, ilk belə hərəkəti 2 il əvvəl edib. Müxtəlif minik avtomobillərinin üzərində fərqli yerlərdə bu qabilliyyətini yoxlayıb.
Gənc bərbər təkcə idmana meyl etmir, eyni zamanda şeir yazır və musiqi alətində ifa edə bilir.(xəzərxəbər.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=56522