Hansı azərbaycanlı məşhur müğənninin vergiyə 4 manat borcu var?
Azərbaycanın tanınmış müğənnilərinin bir qismi ötən ildən qalma vergi borclarını ödəyib, bəziləri isə yenidən borclanıblar.
Vergilər Nazirliyindən verilən məlumata görə, müğənnilərin vergi borcları aşağıdakı kimidir:
Xalq artisti Aygün Kazımova – 3 manat 80 qəpik (ötən ildən qalıb)
Xalq artisti Briliant Dadaşova – 11 min 818 manat (bu il yanvarın əvvəlində 21 min 901 manat olub)
Xalq artisti Faiq Ağayev – 397 manat (ötən il borcu olmayıb)
Əməkdar artist Röyalə Nəcəfova – borcu yoxdur (ötən il 3 min 88 manat borcu olub)
Müğənni Xəyyam Nisanov – 4 min 192 manat (ötən il 4 min 300 manat borcu olub)
Zamiq Hüseynov – 451 manat (ötən il 4 min 700 manat borcu olub)
Rəqsanə İsmayılova – 4 min 740 manat (ötən il 4 min 300 manat borcu olub)
Emil Bədəlov – 3 min 899 manat (ötən il 3 min 600 manat borcu olub)
Şeron Qrupu MMC – 316 manat (ötən il 13 min manat borcu olub)
Ayaz Qasımov – borcu yoxdur
Short URL: http://www.cumhuriyyet.net/?p=56649