Adı “qara dəftər”ə düşən icra başçıları
Etimadını icra başçılarının işdən çıxarılması yaxın günlərdə də davam edəcək. Növruz bayramına qədər və bayramdan dərhal sonra hakimiyyətin qara siyahısında olan icra başçıları postlarını itirəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, ən çox şikayət daxil olan rayonların icra hakimiyyətinin başçıları ilk növbədə yola salınacaq: “Prezident Administrasiyasına, eləcə də başqa mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan şikayətlərini monitorinqinə əsasən etimadını itirmiş icra başçılarının siyahısı müəyyənləşib. Bu siyahıya daxil olan icra başçıları yaxın vaxtlarda yeniləri ilə əvəzlənəcək”.
Mənbə ən çox şikayət daxil olan və yerli əhalinin kəskin narazı qaldığı rayon icra hakimiyyəti başçılarının adlarını da açıqlayıb.
-Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, 2006-cı ildə təyin edilib;
-Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, 2005-ci ildə təyin edilib;
-Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, 2006-cı ildə təyin edilib;
-Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, 2007-ci ildə təyin edilib;
-Qazax rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov, 2011-ci ldə təyin edilib;
-Ağstafa rayon İcra Hakimiyyətinin baçısı Məhərrəm Quliyev, 2011-c ildə təyin edilib;
-Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, 2011-ci ildə təyin edilib;
-Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, 2007-ci ildə təyin edilib;
-Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, 2005-ci ildə təyin edilib;
-Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, 2007-ci ildə təyin edilib.
İstiqlal.az xatırladır ki, Milli Məclisin üzvü Vahid Əhmədov da bir neçə gün öncə etimadı itirmiş icra başçılarının işdən çıxarılacağını bildirmişdi. Azərbaycan prezidentinin martın 3-ü və 4-də imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev, Laçının icra başçısı Akif Səlimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vəzifələrindən azad ediliblər. Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu.(istiqlal.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=56785