Ölkəmiz məhkum sayına görə Avropada 3-cüdür

09.03.2016 - 11:55

zindanMəhkumlarının sayına görə Rusiya dünyada liderdir.

Avropa Şurası qitə ölkələrindəki qadın həbsxanaları ilə bağlı xüsusi hesabat yayıb. Azərbaycan 100 min nəfər vətəndaşa düşən məhkum sayına görə (238 nəfər) Avropada 3-cü pillədə qərarlaşıb.

Məhkum sayına görə, Rusiya 1-ci (467), Litva 2-ci (305), Gürcüstan 4-cü (227,9 nəfər), Estoniya 5-ci (225 nəfər) və Ukrayna 6-cı (204 nəfər) pillədə qərar tutub.

Avropa Şurasının məlumatına görə, Rusiya 100 min nəfərə düşən narkotiklə bağlı cinayətlərə görə də Avropa lideridir. Bu statistikada 2-ci yeri Gürcüstan, 3-cü yeri isə Azərbaycan tutur.

Avropada 100 min nəfərə düşən ortalama məhkum sayı 124, məhkumlar arasında ölüm halları isə 10 min nəfərə 28 ölüm epizodundan ibarətdir.

Rusiya Penitensiar Xidmətə ildə 6,4 milyard avro vəsait xərcləyib və bu göstəriciyə görə də liderdir. /// modern.az

Short URL: http://www.cumhuriyyet.net/?p=57158

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728