Xoşqədəm Ədalətin pulunu vermir – FOTO

11.03.2016 - 14:47

xosqedem-edaletTeleaparıcı Xoşqədəm Hidayətqızı əməkdar artist Ədalət Şükürovun pulunu vermir.

Qafqazinfo-ya daxil olan məlumata görə, məşhur aparıcı Ədalət Şükürovun Saray qəsəbəsindəki villasını alıb.

Hidayətqızı iki ilə yaxındır ki, villanın pulunu Şükürova vermək istəmir.

Məsələyə aydınlıq gətirmək üçün Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamağa çalışsaq da, hazırda Türkiyədə olduğu üçün zənglərimizə cavab verməyib.

Daha sonra isə villanın keçmiş sahibi Ədalət Şükürovun da münasibətini öyrəndik. Əməkdar artist məlumatı nə təkzib, nə də təsdiq edib:

“Bu haqda heç nə deməyəcəm. Bizim şəxsi məsələmizdir, açıqlamaya ehtiyac yoxdur”.

Qeyd edək ki, teleaparıcı villanı aldıqdan sonra qonşuları ilə arasındakı qalmaqalla gündəmə gəlmişdi.

Hidayətqızı qonşusu Xəqani Hüseynovdan evini ona satmağını tələb etmiş, rədd cavabı alandan sonra sözügedən yarımtikili mənzili sökdürmüşdü.

Short URL: http://www.cumhuriyyet.net/?p=57474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728