QHT rəhbərinə qarşı ittihamlar sərtləşir: dələduzluq, reketçilik, həbsxana həyatı və…

17.03.2016 - 10:37

rrBir müddət öncə QHT sektoru ilə bağlı bir şəxs haqqında ilginc iddialar yer alan yazı dərc etmişdik. Belə ki, QHT-lərin azad fəaliyyəti və vətəndaş cəmiyyətinin inkişafı üçün dövlətin ciddi dəstəyindən sui istifadə edərək vətəndaş cəmiyyəti ilə bağlı sahədə də problemlərə rast gəlinir. Son illər bu istiqamətdə ifşa olunan bir çox faktlar da bunu təsdiq edir. Bizim bəhs etdiyimiz ötən yazımızda xəbər vermişdik ki, uzun illər problemlərinin həll olunmaması səbəbindən KİV-ə üz tutan şikayətçilər məhz QHT sektorunda çalışan şəxs tərəfindən aldadıldıqlarını iddia edirlər.
Oxucularımızda tam məlumat olsun deyə bir daha xatırladaq ki, redaksiyamıza müraciət edən bir neçə iş adamı hazırda QHT sektorunda çalışan Rasim Məmmədov adlı şəxs tərəfindən aldadıldıqlarını və onlara xeyli maddi ziyan dəydiyini bildirir. Həmin şikayətçilərin bildirdiyinə görə, şikayətçi olduqları Rasim Məmmədov bir zamanlar həbs həyatı da yaşayıb: “Bizi təəccübləndirən də belə bir keçmişə malik və dəfələrlə dələduzluq etmiş şəxsin indi vətəndaş cəmiyyətində necə təmsil oluna bilməsidir. Axı bu şəxsin özünün fəaliyyəti araşdırılmalı, onun özünə nəzarət olunmalıdır.” Mövzu ilə araşdırmalarımızı davam etdirəcəyimizə söz vermişdik. Bildirək ki, artıq R.Məmmədovun adı hallanan bir neçə dələduzluq faktı ilə bağlı məlumat əldə etmişik. Bunlardan biri Sumqayıtlı iş adamı Ədalət adlı şəxslə bağlıdır. Belə ki, redaksiyamıza daxil olan məlumata görə R.Məmmədovun yaxını (məlumatda bacısıoğlu olduğu bildirilir- red.) Ədalət müəllimə 200 min manat borclu olub. Pulunu tələb edən iş adamının qarşısına isə R.Məmmədov çıxıb və əsl “daydaylıq” edərək öz reket qanunlarını işə salıb. Belə ki, o “pul mənlikdi və sənə bir qəpik də çatmayacaq” deyərək öz hesabında məsələni qapayıb. Eyni hadisə yenə də Sumqayıtdan olan Elçin adlı iş adamı ilə bağlı da baş verib. Bizə müraciət edən şəxslər bu kimi olayların sayının çox olduğunu bildirir. Əksəri iş adamı olan və yuxarıda da qeyd edildiyi kimi aldanılaraq maddi ziyan çəkdiklərini bildirən şikayətçilər R.Məmmədovun süni şəkildə bir çox məsələlərdən istifadə edərək özünü qoruduğunu bildirir: “Qeyri Hökumət Təşkilatı kimi çox hörmətli şəxslərin adı altında pərdələnir, mərhum dövlət başçısı Heydər Əliyev və cənab prezident İlham Əliyevin şəkillərini, onların fikirlərini önə çəkərək özünü dövlətçilik fədaisi kimi göstərir. Əslində isə bütün bunlar cəzadan yayınmaq üçündür. Onun bu yaxınlarda Naxşıvanda Əshabi Kəf ziyarətgahında olması da günahlarını yumaq üçün idi. Amma inanmaq istərdik ki, bütün bunlar faydasız qalacaq və bu şəxs öz cəzasına çatacaq”
Şikayətçilərin iddiaları kifayət qədər ciddidir. Araşdırmsmız zamanı onu da öyrəndik ki, R. Məmmədov 1998-2001- ci illərdə soyğunçuluq ittihamı ilə həbs olunub. Redaksiyamız adından bu istiqamətdə araşdırmalarımızı davam etdiririk və yaxın günlərdə daha geniş materialı diqqətinizə şatdıracayıq. Bizi izləyin…

Short URL: http://www.cumhuriyyet.net/?p=57997

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31