Xatirə efirdə kişiliyə sataşdı, Teymurun xoşuna gəlmədi – QALMAQAL
Əməkdar artisti Teymur Əmrahla müğənni Xatirə İslam arasında mübahisə yaranıb.
“Bizimləsən” verilişində xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Elvin Qasımovun ifasını X.İslam tərəfindən tənqid olunub. X.İslam bildirib ki, insan kişi geyimindədirsə, kişi səsi çıxmalıdır. X.İslam bildirib ki, kişi kişi səsi ilə oxumalıdır, qadın səsi ilə yox”.
Bu fikirlər isə T.Əmrahın xoşuna gəlməyib: “Xatirə xanım, demək istəyirəm ki, Allahın verdiyi səsdir. İnsanların adı olduğu kimi, səslərin də adı var. Qadın səsi var ki, kişi səsinə bənzəyir, buna deyirlər metasoprano. Ona sataşmaq, Allaha sataşmaqdır. Kişi səsi var ki, incədir. Buna da deyirlər ultra lirik tenor. Ona görə də, Xatirə xanımın səsində həqiqət var idi. Əslində mənim səsim incədir, amma efirdə belə şeyləri edə bilmirəm. Bu uşağın da səsi mənim səsimə oxşayır”.
X.İslam isə T.Əmrahın sənətinə böyük hörmət etdiyini bildirib: “Mən öz öz fikirlərini burada başa sala bilmərəm. Necə məsləhətdir”.(big.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=58214