Təranə: “Özüm elə kişiyəm” – FOTO

24.03.2016 - 16:31

terane“Mənim artıq o yaşım deyil”.

Yaşadığı üzücü olaylara baxmayaraq daima güclü olmağı bacaran prodüser Təranə Səmədova növbəti dəfə şəxsi həyatından danışıb. Primetime.az-a açıqlama verən Təranə ailə həyatı qurmamasına belə aydınlıq gətirdi:

“Mən hansı toya gedirəmsə rəfiqələrim deyirlər ki, inşallah, sənin toyuna gəlim. Amma mənim artıq o yaşım deyil. Bundan sonra toy etmək fikrində deyiləm. Bir neçə ildən sonra övladım üçün elçilər qapıma düzüləcəklər. Ona görə özüm ailə qurmaq haqqında düşünmürəm. Həyatın işini bilmək olmaz. Hər qadın istəyər ki, onun həyatında güclü dayağı, arxası olsun. Əslində ətrafımda namizədlər çoxdur. Lakin heç biri ürəyimcə deyil. Sərhəd yaratmışam, heç kimi yaxınıma buraxmıram. Kişi güclü olmalıdır ki, o sərhədi yarıb keçsin. Çox güclü qadınam. İstəyirəm, arxamda məndən bir pillə güclü kişi dayansın. Evimdə kişi ola-ola gedib işimi həll edəcəyəmsə, mənə bu cür kişi lazım deyil. Çünki özüm elə kişiyəm…”

Açıqlamasından sonra Təranə fotokameramız qarşısına keçərək, xoşbəxtliyini bu şəkilləri çəkdirməsi ilə göstərdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=58629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31