Enrike İqlesias Bakıya gəlir

24.03.2016 - 16:47

enrique-iqlesiasMəşhur müğənni Enrike İqlesias bu yay Azərbaycanın paytaxtında baş tutacaq Avropa Qran-Prisi 2016-cı il Formula 1 yarışı çərçivəsində Bakıya gələcək.

Baku.ws-in əldə etdiyi məlumata görə, ispan müğənni, bəstəkar və prodüser Bakıda Formula 1 izləyicilərinə konsert verəcək. Müğənninin nə qədər pul müqabilində Bakı səfərinə razılıq verdiyi məlum deyil. Məşhur müğənni iyunun 18-də 19:30-da Dənizkənarı bulvarda sevənlərinin qarşısına çıxacaq.

Qeyd edək ki, Formula 1 tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış həftəsonu ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Tədbir üçün alınan bilet 3 günlük Formula 1 yarışının sərbəst yürüşlərini, təsnifat mərhələlərini, bazar günündə baş tutacaq əsas yarışı və axşam konsertlərini izləməyə imkan verəcək. Bu biletlərə sahib olanlar yarış həftəsonu ərzində Formula 1 Şəhərciyində salınacaq müxtəlif əyləncə yerlərinə və ticarət zonalarına daxil ola biləcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58631

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31