“Titanik” batmayıbmış: Əsrin fırıldağı – Video

25.03.2016 - 10:41

titanikÖzünə qədərki tarixin ən böyük gəmisi hesab edilən “Titanik”, əslində, batmayıbmış.

Axar.az xatırladır ki, məşhur gəminin batmasına həsr edilmiş çoxlu filmlər çəkilib, romanlar yazılıb, araşdırmalar aparılıb. Çoxları hesab edir ki, “Titanik” bütün zamanların ən böyük gəmisi olub. Əslində isə çağdaş orta ölçülü gəmilərlə müqayisədə o, hardasa, iki dəfə kiçikdir.

İzləyəcəyiniz videonun şərhçisi batan gəmi ilə bağlı bunları deyir:

“Mən məşhur “Titanik”in tarixçəsini öyrəndiyim zaman belə bir versiya ilə qarşılaşdım ki, əslində, gəmi batmayıb. Bəs bu, necə ola bilər? “Titanik” eyni layihə ilə hazırlanan üç gəmidən biri olub. O biri iki gəmi isə belə adlanıb: “Olimpik” və ”Britanik”. Hər üç gəmi demək olar ki, yalnız kosmetik fərqlilikləri ilə bir-birinin eynisi olub. Öncə “Olimpik”, sonra isə “Titanik” yaradılıb. “Titanik” ərsəyə gələnə kimi “Olimpik” bir neçə transatlantik səfəri başa vurub. ”Titanik”in çıxdığı ilk səfərindəcə baş verən qəzaya bir neçə ay qalmış başqa bir qəza baş verib. “Olimpik” “Hovk” (Hawk) hərbi gəmisiylə dəhşətli şəkildə toqquşub. “Olimpik”in kapitanı qəzanın günahkarı olduğuna görə məsuliyyət gəminin aid olduğu “Uayt Star Layn” kompaniyasının üzərinə qoyulub. Qəzadan sonra “Olimpik”in gövdəsi əyilib, demək olar ki, istifadəyə yararsız vəziyyətə düşüb və təmirə göndərilib. Elə bu vaxt şirkətin sahibi nəhəng maliyyə maqnatı Con Morqanın ağlına dahiyanə ideya gəlib: gizli şəkildə gəmilərin adlarını bir-birilə dəyişmək ki, heç kim fırıldağın izinə düşə bilməsin. Bundan sonra “Olimpik”i yeni istifadəyə verilmiş “Titanik” adıyla batırmaq, bu yolla külli miqdarda sığorta almaq və şirkəti qaçılmaz müflisləşmədən xilas etmək. İdeya beləcə də həyata keçirilir, “Olimpik” yüngülcə kosmetik təmirdən çıxaraq “Titanik” adıyla batırılır. Əsil “Titanik” isə “Olimpik” adıyla yenidən dənizlərə açılır və 1936-cı ilə kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Titanik”in 1912-ci il aprelin 14-də batdığı bildirilir.

Daha ətraflı və əsrin fırıldağını sübut edən danılmaz faktlar haqda videonu izləyə bilərsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=58710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31