Xədicə üçün dünyanın 40 şəhərində aksiya keçiriləcək

30.03.2016 - 11:06

xedice-ismayilova2Beynəlxalq təşkilatlar həbsdə olan jurnalist Xədicə İsmayılın 40 yaşına həsr olunmuş aksiyalara başlayır.

Həbsdə olan jurnalist Xədicə İsmayılın may ayının 27-də 40 yaşı tamam olur. Aksiyaları “Sport for Rights” beynəlxalq hüquq müdafiə təşkilatı təşkil edir. Aksiyalar dünyanın 40 müxtəlif şəhərində keçiriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub.

X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib. //meydan tv

Short URL: http://www.cumhuriyyet.net/?p=59249

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31