Xalq şairinin ayağı amputasiya edildi

31.03.2016 - 11:12

sohrab-tahirAzərbaycan xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib, onun bir ayağı amputasiya edilib.

Bu barədə AYB sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

R.Aslanov şairin hazırda reanimasiya şöbəsində olduğunu deyib: “Görkəmli xalq şairimiz Söhrab Tahirin vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, şair xəstəxanaya yerləşdirilib. Martın 30-da Söhrab Tahirin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat nəticəsində onun bir ayağı dizdən yuxarı amputasiya edilib. Ağır əməliyyat keçirən şairin vəziyyəti hazırda qənaətbəxşdir”.

Qeyd edək ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

Report.az

Short URL: http://www.cumhuriyyet.net/?p=59382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31