“Lalə Təpə” Avropa Çempionatında – “Milan” və “Valensiya”ya qarşı

01.05.2016 - 09:34

istanbul cup 2016Bu il sayca üçüncü dəfə Türkiyənin paytaxtı İstanbulda təşkil olunacaq klublararası “Avropa Çimərlik Futbolu Çempionatı 2016” turnirində Azərbaycan da təmsil olunacaq.
Cümhuriyyət.az xəbər verir ki, 3-5 iyun aralığında keçiriləcək turnirdə Azərbaycanı yeni yaradılmış “Lalə Təpə” klubu təmsil edəcək. İtaliyanın “Milan”, İspaniyanın “Valensiya”, Türkiyənin “Antalyaspor” klubları çempionluq yarışında “Lalə Təpə”nin rəqibi olacaq.

Lalə Təpə

FC Lalə-Təpə

Klubun təsisçisi Elvin Quliyev Cümhuriyyət.az-a açıqlamasında “Lalə Təpə”nin Azərbaycan Milli Komandasının çimərlik futbolçularından təşkil olunacağını və Türkiyə Millisindən də futbolçu cəlb etmək istədiklərini bildirib. “Kluba ilk dəstəyi AFFA və Çimərlik Futbolu Fedarasiyası verdi. Məqsədimiz şəhidlərin qanı ilə qazandığımız “Lalə Təpə”ni tanıtmaqdır”. – deyə Quliyev əlavə edib.

Qeyd edək ki, çempionat 550 ton dəniz qumu tökülərək qurulan “Marmara Form”da təşkil olunacaq. NTV Spor, Beln Sports kimi tanınmış idman telekanllarından yayımlanacaq.

Cümhuriyyət.az

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62902

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930