“Xəzər Lənkəran”lıya 5 oyunluq cəza – Mövsümün son iclası
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XXXVI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb. Qurum ümumilikdə 6 klubu cəzalandırıb.
“Kəpəz” – “Qəbələ” və “Rəvan” – “Xəzər Lənkəran” oyunlarına qonaqların, “Sumqayıt” – “Neftçi” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığı üçün bu klublar hərəyə 1000 manat cərimə olunub. “İnter” – “Zirə” qarşılaşmasında 4 futbolçusu xəbərdarlıq alan qonaq komanda da eyni cəzaya məruz qalıb.
Bundan başqa, “Qəbələ” ilə oyunun 75, və 85-ci dəqiqələrində “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Gəncə təmsilçisi 2000 manat cərimə olunub.
“Rəvan” – “Xəzər Lənkəran” görüşünün 73-cü dəqiqəsində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib. 78-ci dəqiqədə “Rəvan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ödəməli olacaq.
Matçın 83-cü dəqiqəsində “Xəzər Lənkəran” rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. O, 5 oyunluq cəzalanıb və klub 5000 manat ziyana salıb.
“Sumqayıt” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Matçın 83-cü dəqiqəsində “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə 1000 manat ziyana düşüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=64936