Maykl Ceksonun malikanəsi satışa çıxarıldı – Foto

31.05.2016 - 01:51
rrPopun kralı Maykl Ceksonun Las-Veqasdakı dəbdəbəli malikanəsi satışa çıxarılıb. Axşam.az xəbər verir ki, dünya şöhrətli musiqiçi, 2009-ci ilə qədər uşaqları ilə birlikdə mətbuatdan qaçmaq üçün buranı icarəyə götürmüşdü. “Thriller Villa” adı ilə tanınan malikanə, təxminən 7 hektar sahə üzərində qurulub. 2300 kvadratmetrlik yaşayış sahəsi olan dəbdəbəli evi gəzib bitirmək olmur.
Ceksonun ölümündən sonra ev sahibi son kirayəşinin dekorasiyasını dəyişdiyi evi olduğu kimi qorumağa davam edir. 7 yataq otağı, 12 hamamı olan malikanə qala formasında inşa edilib. Evin aşağı qatında sənət qalereyası, eyni zamanda orta əsrlər arxitekturasına görə nizamlanmış kilsə mövcuddur. Bu malikanə  əslində 1950-ci ildə teatr sahibi Horst Şmidt tərəfindən Meksikada inşa edilmiş və orijinallığı pozulmadan, kərpic-kərpic Las-Veqasa daşınmışdır. Malikanəyə nəqliyyat üçün gizli keçid mövcuddur. Maykl Çekson paparassilərin hədəfinə düşməmək üçün həmin gizli keçiddən istifadə edirmiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=65574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728