Evlərinin eyvanından “Formula-1”i izləyənlər cərimə olunmayacaqlar

13.06.2016 - 12:57

f1“Baku City Circuit” əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai evlərinin eyvanından “Formula-1” yarışını izləyənlərin 900 manat məbləğində cərimə olunacaqları ilə bağlı gəzən söz-söhbətə münasibət bildirib.

Onun sözlərinə görə, “Formula-1” yarışının keçiriləcəyi yolların kənarındakı evlərdə yaşayanlar idman tədbirini izləyə biləcəklər.

“Bununla bağlı heç bir məhdudiyyət və cərimə nəzərdə tutulmayıb. Cərimə barədə məlumat həqiqətə uyğun deyil. Dövlət strukturlarının nümayəndələri həmin evlərdə yaşayanlarla fərdi söhbətlərində xəbərdarlıq ediblər ki, onlar eyvanlarından yollara nəsə tullasalar, bu halda cərimə olunacaqlar”, – N.Arpadarai deyib.(baku.ws)

Short URL: http://www.cumhuriyyet.net/?p=66931

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31