Ukrayna TV-sindən ATV-yə: “Bu abırsızlıqdır”

23.06.2016 - 14:17
atv“Azərbaycanın ATV telekanalı bizim “Revizor” və “Revizorro” verilişlərinin plagiatı ilə məşğuldur. Bizə bu barədə məlumat çatan kimi bu kanalın “Yoxlama” adı altında gedən həmin verilişlərinə YouTube-da baxdıq. Bu, əsil plagiatdı. Azərbaycan telekanalı müəllif hüquqlarını kobud şəkildə pozub”.

Cümhuriyyət.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın “Novıy kanal” teleşirkətinin hüquq departamentinin rəhbəri Katerina Moroz bildirib. Xanım Morozun dediyinə görə, Azad Azərbaycan telekanalı onların verilişini “bütünlüklə sanki köçürüb”.
O, ATV-nin bu hərəkətini “abırsızlıq” adlandırıb.
Katerina Moroz onu da əlavə edib ki, “Novıy kanal” ATV-nin kompensasiya ödəməsi və verilişin yayımının dayandırılması tələbilə çıxış edəcək.
“Revizor” verilişinin layihə rəhbəri Viktoriya Burdukova isə bildirib ki, onlara “Yoxlama” verilişinin mənfi reputasiyalı bir veriliş olması barədə də xəbərlər çatıb: “Görünür, Azərbaycan telekanalında başa düşmürlər ki, başqasının intellektual mülkiyyətini oğurlamaq olmaz. İstifadə etmək istəyirsənsə, buyur, məbləğ ödə, lisenziya al. Biz onlara göstərəcəyik”.
Məsələylə bağlı ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə də əlaqə saxlanılıb. Vaqif bəy bildirib ki, bu məsələ ilə bağlı açıqlama veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl KİV-də “Yoxlama” verilişinin dayandırılması haqda məlumat yayılsa da, ATV nin proqram direktoru Tohit Əliyev saytımıza özəl açıqlamasında məlumatın yalan olduğunu bildirmiş, veriliş davam etmişdi.
.

Short URL: http://www.cumhuriyyet.net/?p=67854

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31