Facebookda Youtube və Instagram videosu paylaşmayın

24.06.2016 - 17:06

yfFacebooka videolar yükləməklə bərabər, mütəmadi olaraq Youtube və Instagramdan da videolar paylaşırıq. Amma müxtəlif videolar müxtəlif sayda auditoriyaya çatır. Buna səbəblərdən biri videonun məzmunu ilə bağlı olsa da, bu əsas səbəb deyil. Əsas olan səbəb Facebookun tətbiq etdiyi alqoritmdir. eMarketerin araşdırmasına görə Facebooka yüklənilən videoların auditoriyaya çatma (organic reach) faizi YouTubedan (eyni zamanda Instagramdan) paylaşdığımız videoların “reach” faizindən təxminən 2 dəfə çoxdur.

Niyə belədir? Çünki Zükerberq “video-baxış” hegemonluğunu YouTubedan almaq istəyir. İllərdir dünyanın əsas video paylaşım və izləmə məkanı olan YouTube Facebookun əsas rəqibidir. Buna görə də Facebook müxtəlif gedişlərlə videoya baxış sayını artırmaq və dünyada liderliyi ələ keçirmək istəyir. Bu gedişlərdən biri də istifadəçinin ana səhifəsində çıxan videoların avtomatik olaraq işə düşməsi idi. Bir müddət öncə bunu edən Facebook süni olaraq baxış sayını artırmağa müəyyən qədər müvəffəq oldu. Doğrudur, ayarlar bölməsinə daxil olub, bu funksiyanı söndürə bilirsiniz, amma nəzərə alsaq ki, Facebook istifadəçilərinin böyük əksəriyyəti bəlkə də heç vaxt ayarlar hissəsinə daxil olmayıblar, aydın olur ki, Facebookun bu “yeniliyi” 1,5 milyardlıq istifadəçilərin əksəriyyətində hələ də aktivdir və onların ana səhifəsində çıxan videolar avtomatik olaraq işə düşür və baxış sayı artır.
Hazırda Facebookda da, YouTubeda da gündəlik video baxılma sayı təqribən 10 milyarddır! Və liderlik uğrunda mübarizə gedir. Bu mübarizə də anlaşılandır: Sosial şəbəkədə nə qədər çox videoya baxılırsa, həmin platformada o qədər çox vaxt keçirilir, nə qədər çox vaxt keçirilirsə, həmin platforma o qədər çox reklam gəliri əldə edir. Bir müddət öncə Facebook mobil axtarış sisteminə etdiyi yeniliklə Googleun bostanında daş atmışdı, video sferasındakı mübarizəsi isə sosial mediada (reklam bazarında) daha böyük paya sahib olmaq uğrundadır.
Qeyd edim ki, Facebookun video sahəsində tətbiq etdiyi dəyişiklik öz təsirini göstərməkdədir. Son araşdırma göstərib ki, Facebookda paylaşılan videoların 65%-i Facebooka yüklənilən videolardır. YouTube videolarının paylaşım faizi isə 3 dəfəyədək azdır – 24%.
Facebookun faiz nisbəti getdikcə də artacaq. Çünki sən videonun Youtube linkini Facebookda paylaşırsan, bunu görən istifadəçilərin sayı 5 000 olursa, videonu Facebooka yükləsən bu, ən azı 10 000 olacaq. Üstəgəl YouTube videona 5 000 adamdan 500ü baxacaqsa, Facebooka yüklədiyin videoya 10 000 adamdan 1 000i baxacaq və 2 000 – 3 000 adamın profilində də avtomatik olaraq işə düşdüyündən baxış sayı YouTube baxış sayından 5-7 dəfə çox olacaq.  Buna görə də videonu YouTubedan paylaşmaqdansa Facebooka yükləmək videonun daha çox yayılmasına səbəb olur.
Mənbə: Orkhanrza.com

Short URL: http://www.cumhuriyyet.net/?p=68068

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31