Türkiyə mətbuatında Azərbaycanla bağlı 15 bilinməyən fakt açıqlandı – FOTO

30.06.2016 - 12:50

baki5Türkiyə KİV-lərində Azərbaycanla bağlı dərc edilən faktlar oxucuların böyük marağına səbəb olub.

Ölkə.az həmin məqaləni olduğu kimi diqqətinizə çatdırır.

Azərbaycanı çoxumuz sevirik. İstiqanlı, səmimi və qardaş xalqdır azərbaycanlılar. Bəs onlar haqqında nə qədər dərin məlumata sahibik? Azərbaycanla bağlı çoxumuzun bilmədiyi 15 maraqlı faktı diqqətinizə çatdırırıq.

1.Azərbaycanda 1,7-1,8 milyon il öncə ilk insanlar məskunlaşıb. 1968-ci ildə akademik Məmmədəli Hüseynov Füzuli rayonunda yerləşən Azıx mağarasında ən qədim insanın alt çənə sümüyünü tapıb.

2. Azərbaycan müstəqilliyini 1918-ci may ayının 28-də elan edib. Lakin bu dövlətin ömrü 23 ay davam edib. 1920 ci ilin aprel ayında Rusiya qoşunları Azərbaycanı yenidən işğal edib. 1991-ci il 18 oktyabrda Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

3. II-XIII əsrlərdə Dərbənddən Fars körfəzinə qədər, Çindən və Hindistandan Avropaya gedən böyük ticarət yolları Azərbaycanın Təbriz şəhərindən keçirdi.

4. Şərqdə ilk operetta Azərbaycanda yaradılıb. 1909-cu ildə Üzeyir Hacıbəyov “Ər və arvad” operettasını yazmaqla şərqdə ilk operettanın əsasını qoymuş oldu.

5. Şəqrdə ilk qız məktəbi 1901-ci il 17 oktyabrda milyonçu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda açılıb.

6. Üzeyir Hacıbəyovun “Leyli Və Məcnun” operası şərq dünyasında ilk operadır.

7. Əfrasiyab Bədəlbəyli “Qız qalası” adlı ilk balet əsərini yazdı və beləliklə şəqdə ilk balet məktəbinin əsası da Azərbaycanda qoyulmuş oldu.

8. Şərq ölkələrində ilk metro 1967-ci ildə Bakıda açılıb.

9.Şimali Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot azərbaycanlı olub-Leyla Məmmədbəyova (1909-1989)

10.Qız qalası – Bakının rəmzi sayılan bu qədim qala əvvəllər dənizin içərisində yerləşib. Sonralar dəniz çəkildikcə qala sahildə qalıb. Hazırda Bakının ən gəzməli və səfalı məkanlarından biri hesab olunur.


11.İlk dəfə 1918-ci ildə Şərqdə məhz Azərbaycan Demokratik Respublikasında qadına seçki hüququ verilib.

12.1848-ci ildə Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanılıb.1872-ci ildə dünyada ilk dəfə Bakıda neft quyusu qazılıb.

13.1897-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən Qafqazda ilk dəfə olaraq toxuculuq fabriki açılıb.

14.Azərbaycanın Tovuz və Göygöl şəhərlərinin təməlini almanlar qoyubar. Bu şəhərlər əvvəllər Traubenfeld və Yelenendortf adlanırdı.

15.1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasını ilk tanıyan dövlət Osmanlı İmperiyası olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=68557

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31