Azərbaycanlı müğənni: Bu qiymətə lüt soyunaram – FOTO

30.06.2016 - 16:03

afaqMüğənni dünya ulduzlarının fotosessiyalarına uyğun layihə etmək niyyətindədir.

Azərbaycanlı müğənni Afaq Aslan Türkiyədə həyata keçirəcəyi layihə üçün fotokamera önünə keçib.

Oxu.Az xəbər verir ki, ifaçı yeni fotosessiyasına görə onu qınayanların çox olacağını bildirib.

“Artıq mənim müğənnilik fəaliyyətimlə bağlı bütün işlərimi Türkiyədə olan şirkət həyata keçirəcək. Bütün detallar danışılıb. Buna görə də yeni, fərqli, dünya ulduzlarının fotosessiyalarına uyğun nəsə etməli idim. Bu obraza, şəkillərə görə məni tənqid edənlər çox olacaq. Amma mən bu tənqidlərə önəm vermirəm.

İndi bir çox “ağzı göyçəklər” deyəcəklər ki, “Afaq soyundu”. Artıq bu tip başlıqlardan da təngə gəlmişəm. Şou aləmində məndən də açıq geyinən müğənnilər var. Amma mən qısa bir libas geyinən kimi deyirlər ki, soyundu. Mən dəli deyiləm ki, soyunam?

Əslində dünya ulduzları kiməsə yardım etmək və sosial layihədə iştirak etmək üçün böyük məbləğ müqabilində lüt şəkillər çəkdirirlər. Əgər Azərbaycanda da belə bir layihə olsa, 1 milyon versələr, lüt soyunaram. Burada pis nəsə yoxdur. Yəni əgər soyunası olsam belə, Azərbaycan estradasında lüt soyunacaq ilk müğənni mən olmayacam”,-deyə Afaq Aslan açıqlama verib.

Qeyd edək ki, A.Aslanın fotolarını fotoqraf Toğrul Abbasov çəkib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31