Avroliqada I təsnifat mərhələsi: “Qəbələ” darmadağınla başladı VİDEO

30.06.2016 - 23:38

qebele2“Qəbələ” klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Bakcell Arena”da Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşıb.

Virtualaz.org bildirir ki, oyun Roman Qriqorçukun yetirmələrinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1.

“Qəbələ”nin heyətində Teo Uiks het-trikə imza atıb (30, 69 və 72-ci dəq.). Hərəyə bir dəfə isə Voyslav Stankoviç (16 dəq.) və Sergey Zenyov fərqləniblər (19 dəq.).

Qonaqların heyətində təsəlli qolunu matçın 59-cu dəqiqəsində Laşa Şerqelaşvili vurub.

Cavab qarşılaşması bir həftə sonra, iyulun 7-də, Gürcüstanda keçiriləcək.

“Qəbələ” cavab görüşündən sərfəli nəticə ilə dönərsə “Aktobe” (Qazaxıstan) – “Budapeşt” (Macarıstan) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=68646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31