İnsanın ölən zaman gördükləri
İnsan ölən zaman nələri görür və nələr baş verir? İmam Əli (ə) bu suala belə cavab vermişdir: “İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: “Mən sənin malınam ki, bütün ömrün boyu toplamısan”. Həmin şəxs deyər: “Bilirsənmi ki, mən sənə qarşı nə qədər həris idim və nə qədər zəhmət çəkmişəm. Gecə və gündüz qaçmışam ki, səni toplayım. Mənim vəziyyətimi görürsən ki, nə qədər giriftaram. Can verən zaman halımın ağırlığını müşahidə edirsən. Bu çətin şəraitdə mənə nə kömək edə bilərsən?”.
Cumhuriyyet.net deyerler.org-a istinadən bildirir ki, Malı ona deyər: “Sənin bir kəfən qədər məndə haqqın vardır. Kəfəni götürə bilərsən və özünlə apara biıərsən. Ondan qeyrisinə haqqın yoxdur və qalanları dünya əhli üçün qalmalıdır”.
Şəxs bu simadan ümidsiz olar və başqa bir sima onun qarşısında aşkar olar. Ondan soruşar ki, sən kimsən? Deyər ki, mən sənin əhlinəm. (Yəni ailəsi, xanımı, uşaqları). Ona deyər: “Bilirsənmi ki, mən sizin üçün nə qədər zəhmət çəkmişəm, haqq və nahaqq etmişəm? İstirahətimi sizə fəda etmişəm və sizin rifahınız üçün səy göstərmişəm? İndi giriftaram və mənə nə kömək edə bilərsiniz?”. Əhli ona deyər: “Biz səni qəbrinə qədər müşayiət edərik və dəfn edərik. Səninlə qəbrə daxil ola bilmərik. Dəfndən sonra qayıdarıq ki, öz dünyamıza yetişək”. İnsan əhlindən də ümidsiz olur.
Qarşısında üçüncü sima zahir olur və bu simadan soruşar ki, sən kimsən? Deyər ki, mən sənin əməllərinəm. Ömrün boyu yerinə yetirdiyin əməllərin. Ona deyər: “Bilirsinizmi ki, sizə qarşı ürəyim xoş deyildi. Siz mənim üçün ağır idiniz. Namaz vaxtı gələndə deyirdim ki, yenə qalxıb namaz qılmaq lazımdır. Səhər gərək yuxudan ayılaydım. Ramazan ayının orucu mənim üçün çox çətin idi. İndi ki, mənim giriftarlığımı görürsünüz, mənə nə kömək edə bilərsiniz?”.
Əməli ona deyər: “Mən hər yerdə və həmişə: qəbirdə, bərzəxdə, Qiyamətdə səninləyəm. Səninlə behiştə qədər birlikdə olacağam. Əslində sənin behiştin – elə mənəm””.
Short URL: http://www.cumhuriyyet.net/?p=75507