Evlilik verilişində azərbaycanlı qızla evləndi, başqasının arvadına görə yandırıldı – VİDEO

22.11.2016 - 00:20
rrKonyada boş bir ərazidə yanan avtomobildə başından tapançayla vurulmuş halda, yanmış kişi cəsədi tapılıb. BAKU.WS-in məlumatına görə, cinayət hadisəsi 19 noyabr tarixində, gecə saatlarında baş verib. Yanan avtomobili görən sakinlər təcili yanğınsöndürənlərə xəbər verib. Alovların sönməsindən sonra araşdırma aparan polis sürücü kreslosunda yanmış bir adamın cansız bədəniylə qarşılaşıb.
39 yaşındakı Erdal Tursunu öldürdüyü iddiasıyla 31 yaşındakı dostu Mehmet Acar dindirilib. Məlum olub ki, Erdal Acarın həyat yoldaşı ilə münasibətdə olub. Öldürülən şəxs daha əvvəl televiziyalarda evləndirmə proqramına qatılıb. Erdal Tursun 2013-ci ildə qatıldığı bir evlilik proqramında azərbaycanlı Esmira Əsgərova adlı qadınla evlənib. Onlar sonradan kəbin kəsdirib. Son məlumata görə, Erdal sonradan həmin qadınla münasibətinə son qoyub.
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=82557

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31