DÜNYA ŞOKDA: 7 ildir evli olan cütlük bacı-qardaş çıxdı
7 ildir evli olan cütlük bacı-qardaş çıxıb. A.24.azın məlumatına görə, hadisə Braziliyada baş verib. Cütlük evləndiyi zaman ər-arvadın hər ikisi analarının kim olduğunu heç vaxt tanımayıb. Bu zamana qədər də heç vaxt görməyiblər. Cütlüyün ataları isə dünyasını dəyişibmiş. Beləliklə, ər-arvad uzun müddət analarını axtarmağa başlayıb. Analarını tapdıqları zaman isə ikisinin də axtardığı insan eyni qadın olunca şoka düşüblər.
Onlar kiçik yaşlarında anaları tərəfindən tərk edilib. 39 yaşlı Adriana bir televiziya proqramında iştirak edib və bu vəsilə ilə anasını tapıb. Qadın anası ilə tanışlığa əri Leandro ilə birlikdə gedəcəyini bildirib. Həyatları heç gözləmədikləri bir şəkildə dəyişən cütlük tapılan qadının hər ikisinin də anası olduğunu öyrəniblər və boşanmayacaqlarını açıqlayıblar.
7 illik evliliklərindən 6 yaşında bir qız övladları olan cütlüyün həyatı Braziliya seriallarının ssenarilərindən fərqlənməyib. Ona görə də, onlar bu hadisədən sonra soyadlarının açıqlanmasını istəmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=82841