“Kurtlar Vadisi Pusu”dan şad xəbər gəldi

06.12.2016 - 13:16

kurtlar-vadisi“Kurtlar Vadisi Pusu” ilə bağlı yeni xəbərlər yayılıb.

Cumhuriyyet.az  “qaynarinfo”ya istinadən xəbər verir ki, serialın yenidən yayımlanacağı iddia edilir.

 Yayımlandığı gündən reytinqlərdə birinci olan “Kurtlar Vadisi” bu mövsüm efirə çıxmadı. Əvvəlcə, serialın heç bir kanalla anlaşa bilmədiyi deyilirdi. Sonradan isə “Pana Film”in FETÖ (Fetullahçı Terror Örgütü) ilə əlaqələri olduğu iddia edildi. Hətta “Pana Film”in 15 iyul çevriliş cəhdindən bir müddət öncə “Kurtlar Vadisi Pusu”nun patent hüququnu almaq üçün müraciət etdiyi də ortaya çıxdı. Düzdü, şirkət bu iddiaları təkzib etdi. Amma serialın yayıma başlamaması xəbərlərin daha da geniş yayılmasına səbəb oldu.

Bu günlərdə isə yeni xəbərlər yayılmağa başlayıb. İddia edilir ki, “Kurtlar Vadisi Pusu” ölkədə çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə hal başa çatandan sonra yayıma başlayacaq. Artıq serialın ssenari və yeni hekayəsinin hazır olduğu, yeni mövsümdə əsasən ssenarinin FETÖ və PYD-nin (Paralel Dövlət Yapısı) üzərində qurulacağı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=83808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31