AFFA-dan irqçiliyə görə 7 oyunluq cəza

06.12.2016 - 15:27
affaCümhuriyyət.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin bəzi oyunlarındakı qayda pozuntuları ilə bağlı qərar verilib.
“İnter” – “Qaradağ Lökbatan” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
AZAL – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanıb, klub 640 manat cərimə olunub.
“Qəbələ” – “Zaqatala” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
 “Qarabağ” – “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ”a xəbərdarlıq elan olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=83834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31