Rafael İsgəndərov qızını ərə verir
Əməkdar artist Rafel İsgəndərovun ailəsində vağzalı sədası səslənəcək.
Cumhuriyyet.az-ın lent.az-a istinadən xəbərinə görə, “Bu şəhərdə”nin aktyorunun qızı dekabrın 13-də gəlin köçəcək. Aktyor toya dəvət etdiyi qonaqlardan bu məclis barədə öncədən mediaya məlumat verməməyi xahiş edib.
Onu da əlavə edək ki, mediaya qapalı olacaq toya şou-biznesin say-seçmə simaları dəvət olunublar.
Short URL: http://www.cumhuriyyet.net/?p=84058