Ekspert Bakıdakı hamıdan “ağıllı” sürücüdən danışdı

16.12.2016 - 14:50

“Dünən axşam Ziya Bünyadov prospektilə gedərkən maraqlı mənzərə gördüm. Atatürk prospekti ilə kəsişmədəki körpüdə bir “VAZ-2107″ markalı avtomobil azacıq yoxuşu qalxa bilmirdi, təkərlər yerində eşirdi (buksovat edirdi) və yolu bağlamışdı. Əslində normal sürücü üçün oranı aşmaq sadə bir iş olardı, çünki xüsusi ciddi buzlaşma yox idi”.

Milli.Az xəbər verir ki, bu barədə yol-nəqliyyat məsələlələri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Lakin ekspertin sözlərinə görə, onun təəccübünə tamam başqa şey səbəb olub: “Bu “VAZ-2107″nin qabaq təkərləri zəncirlənmişdi, arxa təkərlərdə isə heç nə yox idi. Ani fikirləşdim ki, bəlkə, qabağı çəkən “VAZ-2107” var, mən bilmirəm. Lakin gördüm ki, arxa təkərlər eşir. Hər halda bunu anlaya bilmədim. Görəsən, onun sükanı arxasındakı adam avtomobilinin hansı oxunun çəkdiyini bilmir, yoxsa hamıdan “ağıllı”dır?”

Short URL: http://www.cumhuriyyet.net/?p=84595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728