“Camaatı gic yerinə qoymusuz?!” – Xalq artisti
“Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.
Müğənni bildirib ki, konsert üçün dövriyyəyə saxta dəvətnamə buraxıblar:
“İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta dəvətnamə atıblar – susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam.
Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalandan usanacaq? Adam deyillər e, səy yığınıdır! Camaatı gic yerinə qoymusuz?! Kiriyin də”.
Short URL: http://www.cumhuriyyet.net/?p=84615