11 yaşlı uşaq pişiklərə yem verərkən şəhid oldu

18.02.2017 - 19:05

Ötən gecə Türkiyədə baş verən partlayış nəticəsində ölən Əhməd Oktayın həmin vaxt pişiklərə yemək vermək üçün evdən çıxdığı məlum olub.

Cumhuriyyet.az  xəbər verir ki, bu barədə onun atası məlumat verib. Ədliyyədə zabit katibi işləyən Mustafa Günak oğlunun bir aydır hər axşam həmin saatlarda pişiklərə yem verdiyini deyib.

“Oğlum dünən gecə də pişiklərə yemək vermək üçün evdən çıxdı. O, çıxan kimi də hadisə baş verib. Tez çölə çıxdıq və oğlumun şəhid olduğunu gördüm.Təki vətənimiz sağ olsun”, 11 yaşlı Əhmədin atası deyib.

Qeyd edək ki, Türkiyənin cənubunda, Şanlıurfa vilayətinin Viranşehir rayonunda avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi ilə ötən gecə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb, onlarla insan güclü partlayış səbəbindən eşitmə qabiliyyətini itirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930