Doğum evində DƏHŞƏT: qadın öz uşağını yedi

20.02.2017 - 13:07

Çinin Şençjen şəhərinin 24 yaşlı sakini oğlan uşağı dünyaya gətirib. Lakin o, doğum evində öz uşağını yeməyə cəhd göstərib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qadının bu əcaib istəyinin qarşısını tibb bacısı ala bilib.

Bir aylıq körpələrini itirən gənc valideynlərin dəhşətli hekayəsi Belə ki, tibb bacısı doğum evinin dəhlizində gəzişərkən palataların birindən tükürpədici səs eşidib. Tibb işçisi həmin palataya qaçıb və görüb ki, gənc ana dişləri ilə körpənin barmaqlarını gəmirir. Tibb bacısı dərhal kömək çağırıb. Qan içində olan körpəni qadın-hannibalın əlindən yalnız ona sakitləşdirici iynə vurandan sonra almaq mümkün olub. Yeni doğulmuş körpənin qanaxmasını isə dayandırmağa xeyli vaxt lazım gəlib. Uşağın əli möhkəm dişləndiyindən ciddi zədələnib. Məlum olub ki, adamyeyən qadını doğuşdan bir qədər əvvəl küçədə halsız vəziyyətdə tapıblar. Qayınanası onu dəli adlandıraraq evdən qovub. Qadının psixi çatışmazlıqdan əziyyət çəkdiyi müəyyənləşdirilib. Yerli hüquq-mühafizə orqanları bu məşum faktla bağlı araşdırmalara başlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88731

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930