LALƏ ŞÖVKƏT SİYASƏTƏ QAYIDIR – Gözlənilməz təkliflə…

24.02.2017 - 13:36

“Lalə Şövkət Hacıyeva yaxın vaxtlarda yeniliklərlə bağlı çıxış edəcək. O, hal-hazırda Azərbaycan üçün islahatlar proqramı hazırlayır. Lalə xanımın hazırladığı islahatlar proqramının tərkibinə daxil olan təklif isə Azərbaycan üçün gözlənilməz bir təklif olacaq. Bu, Azərbaycanda bir çox siyasətçilər tərəfindən dərk edilməsi çətin olan gözlənilməz islahatlar təklifi olacaq”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temİrxan deyib. Onun sözlərinə görə, ALP-nin lideri Lalə Şövkət köklü iqtisadi islahatlar yolunu tutub.

“Əsas məqsəd Azərbaycanda milli və siyasi birliyə, barışığa nail olmaqdır. Bu islahatlar həm dövlətimizə həm də xalqımıza xidmət edəcək. Əgər Lalə xanımın təklifinin səsləndirilməsi üçün yaxın zamanlarda münbit şərait olacaqsa, nəticəsi də ürəkaçan olacaq”

Modern.az-ın əldə etdiyi digər xəbərə görə Lalə Şövkət bu yaxınlarda xarici ölkələrin birinə oğlu Sidqi Şövkətlə birgə səfər edib. Səfərin məqsədi Xocalı soyqırımının ildönümü ilə bağlı olub. Lakin Lalə Şövkətin oğlu Sidqi Şövkətin sözlərinə görə hansısa xarici ölkəyə belə səfər təşkil edilməyib.
“Yayılan xəbərlər doğru deyil. Lalə xanım, səhhətində yaranan kiçik problemə görə heç yerə çıxmayıb”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89025

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930