Ermənistan parlamentində DAVA: deputatlar bir-birini… – VİDEO

28.02.2017 - 14:01

Ermənistanda parlament seçkiləri yaxınlşaşdıqca siyasi dairələr arasında mübarizə qızışıb

Cumhuriyyet.az Ermənistan mediasına istinadən xəbər verir ki, parlamentin dünən keçirilən iclasında dava olub.

“Yelk” blokunun üzvü Nikol Paşinyan bildirib ki, o, polisə sorğu göndərib və məlum olub ki, yanvarın 1-dən fevralın 1-nə qədər 7000-dən çox vətəndaş öz qeydiyyat yerini dəyişib.

Onun sözlərinə görə, işəgötürənlər öz işçilərini qeydiyyat yerini dəyişməyə məcbur edir və beləliklə, hakimiyyətin istədiyi seçki dairələrində qeydiyyata salırlar.

Hakim Respublika Partiyasının deputatı Xosrov Artünyan isə müxalifəti tənqid edib və onları seçkiöncəsi rüşvət paylamaqda ittiham edib.

“Gedin Gümrüyə və soruşun ki, kim seçkiöncəsi rüşvət paylayıb, görəcəksiniz ki, bunu müxalifət edib”, – deyə o bildirib.

Bu sözlərə əsəbiləşən N.Paşinyan yerdən qışqıraraq cavab verib, beləliklə ara qarışıb, deputatlar bir-birini təhqir də edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89350

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031